Modern Engineering Bureau of Azerbaijan

“Modern Engineering Bureau of Azerbaijan” (“MEBA”) MMC Azərbaycanda mühəndislik sahəsində lider şirkətlərdən biridir.  Liderlik iddiamızın arxasında, bu yola başladığımız 10 illik mühəndislik təcrübəsi olan ixtisaslaşmış kadrlarımız dayanır. Yarandığımız gündən işimizi səmərəli yerinə yetirərək, özümüzü daim təkmilləşdirərək və verdiyimiz sözlərə əməl edərək mühəndislik sahəsinin müsbət transformasiyası üçün yorulmadan çalışırıq. 


Biz uzun illər fərqli şirkətlər altında fəaliyyət göstərib, çox saylı uğurlara malik peşakər mühəndislərimizlə birlikdə yolumuza “MEBA” olaraq daha sistemləşmiş qaydada davam etmək qərarına gəldik. Bu qərarı verməyimiz faydalı iş əmsalımızı artırmaqla yanaşı, həm də daha geniş ixtisaslaşmış mühəndislik sahələrində inkişaf etməyimizə vəsilə oldu.


Şirkətimiz korporativ idarəetmə, müştəri məmnuniyyəti, davamlılıq və beynəlxalq standartlara uyğun ideallar əsasında çalışır. Fəaliyyət göstərdiyimiz bazarların hər birində rəqabətin universal prinsiplərini əsas götürərək innovativ işlərlə addım-addım böyüməyə üstünlük veririk.


“MEBA” hər zaman böyük miqyaslı layihələr həyata keçirir. Riskləri yaxşı idarə edərək, keyfiyyətli xidmət və məhsul ilə vəd edilən zamanda uğurlu nəticə almaq üçün “MEBA”nı seçməyiniz əsas şərtdir.


Uzunmüddətli təcrübəyə sahib heyət ilə çalışmağımız şirkətimizin müxtəlif növ layihələndirmə işlərindən tutmuş, mühəndis sistemlərinin diaqnostikası və servisi, tikinti quraşdırma, qaz təchizatı, havalandırma, IT xidmətləri, eləcə də laboratoriyaların təşkilinə qədər genişmiqyaslı xidmətlər göstərməyinə imkan yaradıb. 


Şirkətimizi bu sahədə digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də mühəndislik sahəsində öz sözünü demiş xarici şirkətlərlə birgə əməkdaşlıq lahiyələrinin daha çox olmasıdır. Bu da “MEBA”ya  sifarişçilərə daha yüksək səviyədə xidmət görsətməyə imkan yaradır. 

 

Korporativ dəyərlərimiz

Peşəkarlıq: Biz işimizi ən üst səviyyədə və yüksək standartlarla görürük. Baş verən yenilikləri yaxından izləyirik.


Dinamizm: Dinamik və çevik iş gedişatı önəmli prinsiplərimizdəndir. Şərtlərdən asılı olmayaraq tez və nəticəyönümlü işləyirik. Bazarı daim araşdıraraq dəyişikliklərə anında reaksiya veririk.


İnnovasiya: Müştəri məmnuniyyətinə əsaslanaraq, bütün işlərimizdə davamlı inkişaf və yenilik üçün imkanlar yaradırıq. Bu isə təqdim etdiyimiz xidmətin müasir və yaradıcı olmağını təmin edir.


“MEBA”  olaraq növbəti hədəfimiz dünyanın ən yaxşı 10 şirkətindən birinə çevirilməkdir.

Təqdimat

Yarandığımız gündən işimizi səmərəli yerinə yetirərək, özümüzü daim təkmilləşdirərək və verdiyimiz sözlərə əməl edərək mühəndislik sahəsinin müsbət transformasiyası üçün yorulmadan çalışırıq.

Vizyon

Şirkətimiz yarandığı gündən dünya standartlarına uyğun keyfiyyətli və etibarlı xidmət anlayışını öz missiyası kimi qəbul etmişdir.İxtisaslaşdığı fəaliyyət sahələrində lider olmaq və beynəlxalq standartlarda xidmət göstərmək; hökumətə, istehlakçılara, səhmdarlara, işçilərə və təchizatçılara qarşı dürüst olmaq;


İstehlakçı tələblərinə üstünlük verməklə məhsul və xidmətlərinin keyfiyyətinin yaratdığı müştəri məmnunluğunun davamlılığını təmin etmək; Bütün maraqlı tərəflərlə peşəkarlıq və qarşılıqlı etimad prinsipi əsasında uzunmüddətli əlaqələr qurmaq;


İş proqramına və texniki şərtlərə maksimum diqqət yetirmək və götürülmüş layihələri vaxtında başa çatdırmaq və təhvil vermək; Doğru və etik rəqabət anlayışları əsasında, marka dəyəri yarada bilən qrup olmaq təməl hədəflərimizdir.