Çiller-fankoyl sistemi

Çiller-Fankoyl Sistemləri (chiller-fancoil) daxili və xarici blokları arasında freonun deyil, suyun (və ya donmayan mayenin) sirkulyasiya etməsi ilə bütün kondisionerləşdirmə sistemlərindən fərqlənir. Çillerlər obyektin təyinatından və digər mühəndis sistemlərindən asılı olaraq, su və havasoyutmalı olurlar.

Çiller vasitəsilə soyudulan su dövriyyə nasoslarının köməkliyi və boru kəmərləri sistemi ilə fankoyllara daxil olur. Fankoyllar quraşdırıldığı otaqlarda soyuq su vasitəsilə soyutmanı həyata keçirir. Növlərinə, məkanın təyinatına və dizaynına uyğun olaraq kanal, kasset, döşəmə və divar tipli fankoyllar mövcuddur. Fankoyllar iki və dörd borulu olmaqla yanaşı, isti və soyuq dövrlərdən asılı olaraq soyutma-isitməni yerinə yetirir.