Yanğın siqnalizasiya sistemləri

Yanğın siqnalizasiya sistemləri, ehtimal olunan yanğın təhlükəsini və ya alovlanmanın başlanğıcını aşkar edərək yanğınsöndürmə vasitələrini aktivləşdirir. İstilik və ya tüstü həssaslığı olan detektorlar tərəfindən işə salınan yanğın siqnalı, təhlükə yarandığı təqdirdə ərazinin boşaldılmasını təmin edən və erkən müdaxilə ilə can və mal itkisinin qarşısını alan mühüm mühafizə sistemləridir. Evlərdə, iş yerlərində, məktəblərdə, xəstəxanalarda və digər bir çox sahələrdə həyati əhəmiyyəti olan yanğının aşkarlanması sistemi daha etibarlı bir mühitin yaradılmasında fəal rol oynayır.

Təhlükəsizlik siqnalizasiya sistemləri yaşayış evləri, ofislərin və bu kimi obyektlərin kənar müdaxilələrdən qorunmasınaköməkedir.Araşdırmaya görə hər 10 oğruluq hadisəsindən 9-u təhlükəsizlik siqnalizasiya sistemləri olmayan obyektlərdə üstünlük təşkil edir. Siqnal sistemləri işə düşdüyü zaman obyektə müdaxilə edən şəxs və şəxslər artıq müdaxilədən çəkinir. Elektron təhlükəsizlik sistemlərimiz oğurluq hadisəsindən əlavə olaraq yanğın, qaz sızıntısı, daşqın və sağlamlıq problemləri üçün də həll yolları təklif edir.

Göstəriləcək xidmətlər:

  • Obyektin bütün parametrləri və normalar nəzərə alınmaqla siqnalizasiya sisteminin təyin olunması və layihələndirilməsi.
  • Layihələndirilmiş sistemin dövlət ekspertizasi müdafiəsi as-built layihələrin hazırlanması. 
  • Layihə üzrə verilmiş avadanlıq və materialların təminatı
  • Təsdiq olunmuş sistem üzrə quraşdırma və təmir işləri