İsitmə sistemləri, lazımi ərazilərin tələb olunan temperaturda saxlanılması, daxildən xaricə olan istilik itkisinin qarşısının alınması və itirilən istiliyin bərpası üçün nəzərdə tutulan mühəndis sistemidir.
İki tip isitmə sistemi mövcuddur:
Mərkəzi və yerli (local)
Mərkəzi isitmə sistemi əsasən böyük binalarda qurulur. İsitmədə istifadə olunacaq istilik daşıyıcısını (su, hava vəya buxar) isitmək üçün mərkəzi qazan, istilik daşıyıcısının paylanması üçün boru sistemi, istiliyi transfer etmək üçün isə avdanlıq olaraq radiator, fancoil, aperey və s istifadə olunur. Bunlardan əlavə boruların döşəmə altından paylanması ilə təmi olunan mərkəzi isitmə sistemi (yerdən isitmə sistemi) mövcuddur. İsitmə sistemlərində suyun dövriyyəsi üçün dövriyyə nasoslarından istifadə olunur. Hava istifadə olunan sistemlər üzrə isti hava kanal vasitəsilə paylanılır.
Yerli (local) isitmə sistemləri mərkəzi sistemlər ilə eyni prinsip olsa da isitmə mərkəzi vahid zonaya xidmət edir Adətən hər bir mənzil vəya iaşə obyekti üçün (kiçik sistemlərdə) qurulur, və kompakt cihazlar istifadə edilir.
Göstəriləcək xidmətlər: