İnspeksiya və diaqnostika xidmətləri

Şirkətimiz sənaye sahələrində inspeksiya və diaqnostika xidmətlərini həyata keçirmək üçün dövlət tərəfindən verilmiş lisenziyaya malikdir. 

Şirkətimizin əsas inspeksiya sahəsi:

  • Neft-Qaz avadanlıqlarının ispeksiyası
  • Strukturların İspeksiyası
  • Seysmik Təhlükəsizlik İnspeksiyası
  • Təmir Xidmətləri
  • ASME və API standartlərına əsasən istehsalat proseslərinin ispeksiyası
  • Avadanlıqların Nasazlıq və Performansının Təyin olunması
  • Qeyri-Dağıdıcı sınaqlar Vibrasiyanın Ölçülməsi 
  • Risk əsaslı qiymətləndirmə

Şirkətimiz Texniki Diaqnostika İşlərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin № EL-106/2020 “Təhlükə Potensiallı obyektlərdə istismar olunan avadanlıqlar və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi ” lisenziyası əsasında həyata keçirir.

Texniki Diaqnostika Xidmətlərinə aşağıdakılar daxildir:

  • Təhlükə potensiallı avadanlıqlara Texniki Təhlükəsizlik Sertifikatını alması üçün ekspert rəyinin verilməsi;
  • Yükqaldırıcı qurğuların və avadanlıqların yoxlanılması və sınağı;
  • Qaldırıcı qurğuların təmiri və quraşdırılması;
  • Nəfəslik klapanlarının yoxlanılması;
  • Vizual nəzarətin həyata keçirilməsi (VT);
  • Maqnit-toz üsulu ilə qaynaq birləşmələrinin yoxlanılması (MT);
  • Ultrasəs defektoskopla metal konstruksiyalarının və qaynaq birləşmələrinin yoxlanılması (UT);
  • Təzyiq altında işləyən tutumların və çənlərin divarlarının qalınlıqlarının ölçülməsi (UT); 
  • Nüfuzedici maddələrdən istifadə etməklə qeyri ferromaqnit metalların yoxlanılması (PT) və s.

Biz bu sahədə komandamızda olan yüksək ixtisaslı mütəxəssislərin dəyərli təcrübələrinə güvənirik və gördüyümüz hər bir işin keyfiyyətinə tam zəmanət veririk. Şirkətimiz bu işləri həyata keçirmək üçün lazım olan bütün avadanlıqlara sahibdir.