Dövrümüzün əsas tələblərindən hesab olunan mühəndis sistemləri içərisində suvarma sistemi önəmli yer tutur. Suvarma sistemlərinin bir neçə növü vardır.
Yağış yağdırma üsulu
Yağışyağdırma üsulu ilə suvarmada suvarma suyu nasosların köməyi ilə xüsusi borular vasitəsilə çiləyici aparatlara müəyyən olunmuş təzyiqlə vurularaq, yağış şəkilində torpağa düşərək, torpağı və bitkiləri nəmləndirir. Bu üsulla suvarmada torpaq qatı müntəzəm olaraq nəmlənir, suvarma avtomatlaşdırılır, torpaq deqradasiyasının qarşısı alınır, suvarmanın kiçik normalarla və tez-tez aparılması hesabına suvarma suyuna qənaət olunaraq becərilən bitkilərin məhsuldarlığı yüksəlir.
Həmçinin sahələrdə hər il əsaslı hamarlama işlərinin aparılmasına, şırım və zolaqların düzəldilməsinə ehtiyac olmur. Daha mürəkkəb relyef şəraitində bu üsulla suvarmanın aparılması, eləcə də sahələrdə dövrü suvarma normalarının istənilən kiçik həcmdə verilməsi mümkündür.Yağışyağdırma üsulu ilə suvarma müxtəlif növ kənd təsərrüfatı bitkilərinin (yonca, xaşa, qarğıdalı, soya, buğda, arpa, günəbaxan, kartof, çuğundur, kök, soğan və s.) becərilməsində geniş istifadə olunur.
Sprinkler sistemi
Bu suvarma sistemi tərəvəzçilikdə, istixanalarda, tinglərin və giləmeyvələrin yetişdirilməsində istifadə olunur. Sistem sutkada 6-8mm/hek. Suvarma norması ilə layihələndirilir, suvarma 5 gündə bir dəfə 300-400 m3 su sərf etməklə həyata keçirilir. Buxarlanmaya görə suvarmanın gecə aparılması məsləhət görülür.
Damcılı suvarma üsulu
Damcılama üsulunda suvarma suyuna qənaət olunmaqla, daha az su ilə daha çox sahə suvarılır. Bu suvarma üsulunda torpaqda eroziya prosesi baş vermir, qrunt sularınınsəviyyəsi su itkiləri olmadığından dəyişməz qalır, torpaqlarda təkrar şorlaşmanın qarşısı alınır, suvarma suyu birbaşa bitkinin kök sisteminə verildiyindən onun kökətrafı zonada bərabər şəkildə paylanması təmin olunur. Su ilə birlikdə ehtiyac olan gübrəni də bitkiyə vermək olur.
Damlama sistemi qısa müddətdə böyük əraziləri optimal şəkildə suvarmağa imkan verir..Bitki növündən və əkin sxemindən asılı olaraq müxtəlif növ damlama boruları və damladıcılar istifadə edilir. Damcılı suvarma sistemləri xüsusi filtrlər vasitəsilə su tərkibindəki qum, gil, yosun və s. zərərli hissəciklərdən təmizləndikdən sonra bitkiyə verilir.
Damcı ilə suvarmanın iki növü vardır:
Damcı ilə suvarmada adi suvarmaya nisbətən 2-5 dəfə suvarma suyuna qənaət edilir. Bitikinin kök ətrafı suvarıldığından suyun torpaq səthindən buxarlanması ilə itkiyə getməsi baş vermir. Suvarma ümumi sahənin 30-60 faizini əhatə edir. Damcılı suvarma tətbiq olunan sahələrdə istənilən vaxt aqrotexniki xidmətlər göstərmək və məhsul yığmaq mümkündür.
Göstəriləcək xidmətlər: