Layihələndirmə xidmətləri

Tikinti prosesinin ilkin və ən asas mərhələsi layihələndirmədir. Komanda olaraq qurulacaq obyektin maximum funksional, təhlükəsiz, komfortlu və enerji səmərəli olmasına xüsusi diqqət yetirir, təkliflər təqdim edirik. Layihənin icrası zamanı sifarişçinin tapşırıqları, tikinti normaları və texniki nizamnamə tələbləri, həmçinin tikinti sahəsinin spesifik vəziyyəti nəzərə alınır. Nəticədə, müvafiq bir layihə hazırlanır və bu sənəd əsasında tikinti prosesinə başlanılır. Qeyd etmək lazımdır ki, layihələndirmə ilə bağlı keyfiyyətli şəkildə həyata keçirilən işlər layihənin gələcəkdə istifadəsi zamanı problemlərlə və uyğunsuzluqlarla qarşılaşmamağa zəmanət verir. 

Daha dəqiq desək, bu proses zamanı icra edilən işlərin nəticəsi layihələndirmənin nə dərəcədə ustalıqla həyata keçirilməsindən asılıdır. Belə ki, bu proses zamanı layihənin yekun vəziyyətini təyin etmək imkanı ilə yanaşı, onun bütövlükdə icrası üçün nə qədər resurs tələb olunduğunu da müəyyənləşdirmək şansı əldə edirik. 
Bu səbəbdən də, ən sonda arzuolunmaz nəticə ilə qarşılaşmamaq üçün layihələndirmə işlərini yalnızca ən yaxşı mütəxəssislərə həvalə etmək daha məqsədəuyğundur. 

Bu xüsusda isə, “MEBA” şirkətinin təklif etdiyi xidmətlərdən birinin də məhz layihələndirmə işləri olduğunu xüsusi qeyd etmək lazımdır. Bu sahədə zəngin təcrübəyə malik olan şirkətimiz bina və qurğuların, tunel, körpü və yolötürücülərin, aerodromların layihələndirilməsindən tutmuş yüksəkgərginlikli elektrik enerjisi ötürücü xətlərinin layihələndirilməsinə qədər bütün növ layihələndirmə işləri həyata keçirir.

Şirkətimiz tərəfindən həyata keçirilən layihələndirmə işləri aşağıdakılardır:

  • Müfəssəl planların hazırlanması
  • Bina və qurğuların memarlıq layihələndirilməsi
  • Memarlıq abidələrin bərpası
  • İnşaat konstruksiyalarının layihələndirilməsi
  • Dəmir yollarının layihələndirilməsi
  • Tunel, körpü və yolötürücülərin layihələndirilməsi
  • Avtomobil yollarının layihələndirilməsi
  • Magistral boru kəmərlərinin layihələndirilməsi
  • Hidrotexniki qurğuların layihələndirilməsi
  • Meliorasiya qurğularının layihələndirilməsi
  • Yüksəkgərginlikli elektrik enerjisinin ötürücü xətləri və qurğularının layihələndirilməsi
  • Elektrik təchizatı sistemlərinin layihələndirilməsi
  • Su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi
  • İstilik və qaz (maye və təbii qaz təsərrüfatı) təchizatı, soyuqluq təchizatı, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsi
  • Rabitə, radio və televiziya sistemlərinin layihələndirilməsi
  • Nəzarət-ölçü cihazları, yanğın- mühafizə siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemlərinin     layihələndirilməsi
  • Tikinti təşkilinin layihələndirilməsi
  • Smetaların tərtib edilməsi
  • Baş layihəçi funksiyasının həyata keçirilməsi (fəaliyyət sahələri üzrə)
  • Dizayn (interyer və eksteryer) işlərinin layihələndirilməsi
  • İnşaat konstruksiyalarının layihələndirilməsi
  • Aerodromların, uçuş enmə zolaqlarının layihələndirilməsi
  • Metropolitenlərin layihələndirilməsi