Hər quyunun geoloji və texniki xüsusiyyətlərinə uyğun planlaşdırma, təhlükəsiz qazma və səmərəli təmir həlləri.
MEBA qazma proqramının hazırlanması, avadanlıq və texnologiyaların seçimi, sahə əməliyyatları və quyu təmiri üzrə mühəndislik xidmətlərini bir araya gətirir.
İstiqamət haqqında ətraflı +
Quyunun istismar müddəti və layihənin iqtisadi nəticələri böyük ölçüdə düzgün planlaşdırılmış, təhlükəsiz və səmərəli qazma və təmir əməliyyatlarından asılıdır. Qazma proqramının düzgün hazırlanması, quyu trayektoriyasının optimallaşdırılması və əməliyyatlar zamanı potensial risklərin əvvəlcədən nəzərə alınması həm əməliyyatların fasiləsizliyinə, həm də vaxt və resurslardan səmərəli istifadəyə birbaşa təsir göstərir.
MEBA quyunun layihələndirilməsi və qazma proqramının hazırlanmasından sahə əməliyyatlarının texniki dəstəyinə və quyu təmiri işlərinə qədər prosesin müxtəlif mərhələlərində kompleks mühəndislik həlləri təqdim edir. Hər bir layihədə quyunun geoloji və texniki xüsusiyyətlərini, sahə şəraitini və əməliyyat tələblərini nəzərə alaraq, daha təhlükəsiz, praktik və iqtisadi baxımdan səmərəli həllərin tətbiqinə çalışırıq.
Məqsədimiz yalnız qazma və təmir əməliyyatlarının texniki icrasını təmin etmək deyil. Düzgün planlaşdırma və optimallaşdırılmış mühəndislik yanaşmaları vasitəsilə qeyri-məhsuldar vaxtın, əməliyyat risklərinin və əlavə xərclərin azaldılmasına, avadanlıq və resurslardan daha effektiv istifadəyə və quyunun istismar potensialının maksimal dərəcədə reallaşdırılmasına dəstək oluruq.
XİDMƏT İSTİQAMƏTLƏRİ
Quyunun hər mərhələsi üçün
Lazım olan istiqaməti açaraq xidmətlərin tam siyahısına baxın.
Layihələndirmə və planlaşdırmaQuyu dizaynı, trayektoriya, qazma proqramı və mühəndislik hesablamaları.
Qazma proqramlarının hazırlanması və optimallaşdırılması – quyunun geoloji və texniki şəraitinə uyğun qazma strategiyasının formalaşdırılması
Şaquli, istiqamətli və üfüqi quyuların layihələndirilməsi – müxtəlif trayektoriya profilləri üzrə tam mühəndislik dəstəyi
Quyu trayektoriyasının hazırlanması və optimallaşdırılması – lay hədəflərinə dəqiq çatma və qazma risklərinin minimuma endirilməsi
Yeni və yan lülə quyularının layihələndirilməsi – sidetrack və çoxlüləli quyular üzrə texniki həllər
Uzaq məsafəli üfüqi qazma (Extended Reach Drilling – ERD) layihələri – böyük yanal məsafəli quyuların layihələndirilməsi və icrasına dəstək
Torque & drag, hidravlika və quyu təmizlənməsi analizləri – qazma parametrlərinin elmi əsaslarla optimallaşdırılması
Avadanlıq və məhlullarBHA, qazma baltaları, məhlullar, korpus və quyu ağzı sistemləri.
BHA (Bottom Hole Assembly) – Quyudibi Komplektinin dizaynı və optimallaşdırılması – qazma parametrlərinə uyğun alət komplektlərinin seçimi
Qazma bitlərinin seçimi və optimallaşdırılması – lay xüsusiyyətlərinə uyğun bit tipinin və parametrlərinin müəyyən edilməsi
Qazma məhlullarının (drilling fluids) layihələndirilməsi və idarə edilməsi – quyu stabilliyi, layın qorunması və hidravlika tələblərinə uyğun məhlul sistemləri
Korpus (casing) və laynerlərin layihələndirilməsi, endirilməsi və sementlənməsi üzrə texniki dəstək – quyu bütövlüyünün və laylararası izolyasiyanın təmin edilməsi
Quyu ağzı avadanlıqlarının (wellhead) və BOP sistemlərinin seçimi və quraşdırılması – quyu nəzarəti və təhlükəsizlik tələblərinə tam uyğunluq
Qazma texnologiyalarıMPD, balanssız qazma, real vaxt optimallaşdırılması və geosteering.
İdarə olunan təzyiqli qazma (Managed Pressure Drilling – MPD) həlləri – dar təzyiq pəncərəsi olan laylarda təhlükəsiz qazma
Balanssız qazma (Underbalanced Drilling) qiymətləndirilməsi – lay zədələnməsinin qarşısının alınması və hasilat potensialının qorunması
Real vaxt rejimində qazma optimallaşdırılması (Real-Time Operations) – sahədən gələn məlumatlar əsasında qərarların operativ qəbulu
Qazma zamanı qaz analizi və geosteering dəstəyi – lay daxilində trayektoriyanın real vaxt idarə edilməsi
Sahə əməliyyatları və quyu təmiriFishing, milling, texniki təminat və qazma qurğularına nəzarət.
Quyu itkisi (stuck pipe) hallarının qarşısının alınması və aradan qaldırılması üzrə həllər – qazma fasilələrinin minimuma endirilməsi
Fishing və milling əməliyyatları – quyuya düşmüş alətlərin çıxarılması və frezləmə əməliyyatları
Qazma və təmir əməliyyatlarının texniki təminatı – sahə əməliyyatlarının fasiləsiz mühəndislik dəstəyi
Qazma qurğularının (rig) texniki nəzarəti və sahə əməliyyatlarının superviyası – əməliyyatların standartlara uyğun icrasının təmin edilməsi
Təhlükəsizlik və quyunun bağlanmasıWell Control, quyu təhlükəsizliyi, konservasiya və P&A əməliyyatları.
Well Control (Quyuya nəzarət) və quyu təhlükəsizliyi üzrə texniki həllər – təhlükəsizlik sistemlərinin layihələndirilməsi və əməliyyat prosedurlarının hazırlanması
Quyuların konservasiyası, ləğvi və plug & abandonment (P&A) əməliyyatları – quyuların təhlükəsiz və ekoloji cəhətdən məsuliyyətli bağlanması
İŞƏ YANAŞMAMIZ
Məlumatdan əməliyyata
01
Qiymətləndirmə
Geoloji məlumatlar, quyu şəraiti və əməliyyat tələbləri.
02
Planlaşdırma
Qazma proqramı, avadanlıq seçimi və risklərin nəzərə alınması.
03
İcra və dəstək
Sahə əməliyyatları, texniki nəzarət və mühəndislik dəstəyi.
04
Monitorinq
Real vaxt məlumatlarının təhlili və parametrlərin optimallaşdırılması.
MÜŞTƏRİ ÜÇÜN DƏYƏR
Məqsədimiz — daha səmərəli əməliyyatlar
Daha təhlükəsiz əməliyyatlar
Quyu bütövlüyü və Well Control tələblərinə əsaslanan yanaşma.
Daha az vaxt itkisi
Əməliyyat risklərinin və qeyri-məhsuldar vaxtın azaldılmasına dəstək.
Səmərəli resurs istifadəsi
Avadanlıq və resurslardan daha effektiv istifadə üçün texniki həllər.
Nəticə: daha düzgün planlaşdırılmış və təhlükəsiz əməliyyatlar, qeyri-məhsuldar vaxtın və əməliyyat risklərinin azaldılması, resurs və avadanlıqlardan daha səmərəli istifadə və layihənin ümumi iqtisadi nəticələrinin yaxşılaşdırılmasına dəstək.
LAYİHƏNİZİ MÜZAKİRƏ EDƏK
Quyunuz üçün uyğun həlli birlikdə müəyyənləşdirək.