Neft və qaz xidmətləri

Mühəndislik həlləri. Təhlükəsiz əməliyyatlar və daha səmərəli hasilat.
Neft və qaz layihələrində hər qərar nəticəyə təsir edir – quyunun layihələndirilməsindən qazma əməliyyatlarına, quyu tamamlanmasından yatağın işlənmə strategiyasına qədər.
MEBA Oil & Gas upstream layihələrinin müxtəlif mərhələləri üzrə mühəndislik, texniki və sahə xidmətlərini bir araya gətirərək müştərilərinə kompleks, nəticəyönümlü və əməliyyatların iqtisadi səmərəliliyinə töhfə verən həllər təqdim edir.
Bizim üçün əsas məqsəd yalnız texniki tapşırıqları yerinə yetirmək deyil. Məqsədimiz müştərilərimizin əməliyyatlarını daha təhlükəsiz, səmərəli və iqtisadi baxımdan effektiv həyata keçirməsinə, qeyri-məhsuldar vaxtın və əməliyyat xərclərinin azaldılmasına, mövcud aktiv və resurslardan maksimum fayda əldə etməsinə və hasilat potensialının HSE prinsiplərinə uyğun şəkildə artırılmasına dəstək olmaqdır.
Qazma və quyu təmiri
Qazma proqramları, quyu trayektoriyası, sahə dəstəyi və quyu təmiri.
Korotaj xidmətləri
Slickline, wireline, MWD, LWD, quyu diaqnostikası və məlumatların təhlili.
Quyu tamamlama
Tamamlama dizaynı, perforasiya, qum nəzarəti və hasilata hazırlıq.
Sementləmə xidmətləri
Sement proqramları, məhlul dizaynı, lay izolyasiyası və keyfiyyətə nəzarət.
Geologiya və yataq mühəndisliyi
Geoloji modellər, yataq qiymətləndirilməsi və hasilatın optimallaşdırılması.
Layihə idarəetməsi
Əməliyyatların koordinasiyası, resurslar, büdcə, risklər və keyfiyyətə nəzarət.

Digər fəaliyyət istiqamətləri

MEBA - Tikinti

MEBA - Təchizat və logistika

MEBA - Layihələndirmə və dizayn

MEBA - Mühəndislik həlləri və texniki xidmət