Mühəndislik əsaslı
Texniki tələblər əsasında seçim
Təchizat və Logistika sənaye, enerji, neft-qaz, tikinti və infrastruktur layihələri üçün texniki tələblərə uyğun, keyfiyyəti təsdiqlənmiş və kommersiya baxımından optimal təchizat həlləri təqdim edir.
Satınalmanı yalnız məhsulun alınması və çatdırılması deyil, layihənin mühəndislik və kommersiya strategiyasının ayrılmaz hissəsi hesab edirik. Hər bir sorğunu texniki spesifikasiyalar, keyfiyyət tələbləri, büdcə, icra qrafiki və istismar şəraitini birlikdə nəzərə alaraq qiymətləndiririk.
Məqsədimiz məsul mühəndis tərəfindən müəyyən edilmiş texniki spesifikasiyalara uyğunluğu, tələb olunan keyfiyyəti, etibarlılığı və fəaliyyət göstəricilərini qorumaqla layihənin ümumi satınalma xərcini optimallaşdırmaqdır.
Texniki tələblər əsasında seçim
İstehsalçı və rəsmi kanallardan satınalma
Standart və sənədlərin yoxlanılması
Ümumi dəyərin optimallaşdırılması
Sorğudan sahəyə çatdırılmaya qədər
Hər bir satınalma prosesi texniki tələbin düzgün anlaşılması və layihənin real ehtiyaclarının müəyyənləşdirilməsi ilə başlayır. MEBA komandası texniki spesifikasiyaları, məlumat vərəqlərini, material siyahılarını, BoQ və digər layihə sənədlərini təhlil edərək uyğun istehsalçı və məhsulların müəyyənləşdirilməsini, alternativlərin texniki və kommersiya baxımından müqayisəsini və optimal təchizat variantının seçilməsini həyata keçirir.
Alternativ məhsul və ya istehsalçıların qiymətləndirilməsi zamanı əsas prinsip dəyişməz qalır: mühəndis tərəfindən müəyyən edilmiş texniki parametrlər, tələb olunan funksionallıq və keyfiyyət göstəriciləri qorunmalıdır.
MEBA üçün xərc optimallaşdırılması ən aşağı qiymətli məhsulun seçilməsi demək deyil. Satınalma qərarları məhsulun ilkin qiyməti ilə yanaşı onun layihənin ümumi dəyərinə və əməliyyat nəticəsinə təsiri nəzərə alınmaqla formalaşdırılır.
MEBA məhsulların birbaşa istehsalçıdan və ya istehsalçının rəsmi təchizat kanalından alınmasına üstünlük verir. Bu yanaşma vasitəçi mərhələlərinin azaldılmasına, məhsulun mənşəyinin şəffaf izlənilməsinə, texniki məlumatların birbaşa zavodla dəqiqləşdirilməsinə və daha optimal kommersiya və çatdırılma şərtlərinin əldə edilməsinə imkan yaradır.
MEBA Çin, Avropa, Türkiyə, Yaxın Şərq və digər əsas istehsal bazarlarında müxtəlif sənaye istiqamətləri üzrə formalaşdırılmış istehsalçı və təchizatçı şəbəkəsi vasitəsilə layihənin texniki, kommersiya və vaxt tələblərinə uyğun alternativ təchizat mənbələrini qiymətləndirir.
Neft və qaz layihələri üzrə NOV, Halliburton, Baker Hughes, SLB, Logan Oil Tools və digər beynəlxalq istehsalçı və texnologiya şirkətlərinin məhsul və həllərinin layihə tələblərinə uyğun təchizatı təşkil olunur.
MEBA təsdiqlənmiş və texniki baxımdan qiymətləndirilmiş istehsalçılarla əməkdaşlığa üstünlük verir. Layihənin və məhsul qrupunun xüsusiyyətindən asılı olaraq istehsalçı və məhsulların API, ISO, ASTM, ASME, IEC, EN, CE və GOST kimi beynəlxalq standart və tələblərə uyğunluğu qiymətləndirilir.
Tələb olunduğu hallarda təchizatla birlikdə aşağıdakı texniki və keyfiyyət sənədlərinin təmin edilməsi və yoxlanılması həyata keçirilir:
MEBA üçün təchizat məhsulun alınması ilə tamamlanmır. Məhsulun texniki uyğunluğu, keyfiyyəti, mənşəyi və layihə tələblərinə uyğunluğu müvafiq sənədlərlə təsdiqlənməlidir.
MEBA-nın satınalma fəaliyyəti istehsalçı axtarışı və qiymət müqayisəsi ilə məhdudlaşmır. Komandamız satınalma və təchizat zəncirinin bütün əsas mərhələlərini sistemli şəkildə idarə edir.
Satınalma proseslərində CIPS kvalifikasiyalı mütəxəssislərin iştirakı beynəlxalq procurement prinsiplərinin, şəffaf satınalma yanaşmasının və peşəkar supply chain təcrübəsinin tətbiqini dəstəkləyir.
Operativ təchizat imkanlarımızı gücləndirmək məqsədilə MEBA-nın müasir sənaye saxlama və anbar idarəetmə tələblərinə cavab verən anbar infrastrukturunda seçilmiş avadanlıq, alət və kritik ehtiyat hissələri üzrə yerli stok saxlanılır.
Aşağıda göstərilən məhsul qrupları üzrə stok mövcudluğu layihələrin təcili ehtiyaclarının daha çevik qarşılanmasına, mobilizasiya müddətinin azaldılmasına və kritik təchizat risklərinin minimuma endirilməsinə xidmət edir.
MEBA müxtəlif sənaye və layihə ehtiyacları üzrə geniş məhsul portfelinin təchizatını həyata keçirir. Aşağıdakı kateqoriyalar təchizat imkanlarımızın əsas istiqamətlərini əks etdirir.
MEBA məhsul deyil, layihənin texniki tələblərinə, keyfiyyət standartlarına, icra qrafikinə və büdcəsinə uyğunlaşdırılmış təchizat həlli təqdim edir.
Mühəndislik əsaslı qiymətləndirmə, qlobal istehsalçı şəbəkəsi, yerli stok imkanları və tam dövrlü təchizat zəncirinin idarə olunması vasitəsilə məqsədimiz müştərilərimiz üçün etibarlı, izlənəbilən və iqtisadi baxımdan əsaslandırılmış təchizat modeli formalaşdırmaqdır.