Qazanxana sistemi

Verilmiş parametrli isti su və ya buxarın alınması məqsədilə, yanacağın kimyəvi enerjisinin istilik enerjisinə çevrilməsi üçün nəzərdə tutulmuş qazanxana üçün avadanlıq kompleksi və qazanxana qurğuları şirkətimiz tərəfdən geniş çeşiddə təklif edilir.

Təyinatından asılı olaraq, aşağıda qeyd edilmiş qazanxana qurğuları mövcuddur:

İsidici qazanxana qurğuları-istilik, ventilyasiya və isti su ilə təchiz etmə sistemlərinin istiliklə təmin edilməsi üçün;
İsidici-istehsalat qazanxana qurğuları - istilik, ventilyasiya, isti su ilə təchiz etmə və texnoloji su ilə təmin etmə sistemlərinin istiliklə təmin edilməsi üçün;

İstehsalat qazanxana qurğuları - texnoloji istiliklə təchiz etmə üçün.

Qazanxana sistemi mürəkkəb mühəndislik sistemi olmaqla yanaşı bir çox bir-birindən fərqli qurğular və sistemlərin toplusu halında ola bilər. Qazan qurğuları buxar qazanı, qızğın su qazanı, isti su qazanı, buxar generatorları, qızğın yağ qazanları, tullantılarla işləyən qazanlar və.s olmaqla bir çox növə bölünə bilir. 

Göstəriləcək xidmətlər:

  • Qazanxana sisteminin tələb olunan istilik gücü, buxar miqdarı, təzyiqi və.s parametrlər nəzərə alınmaqla layihələndirilməsi. 
  • Layihələndirilmiş sistemin dövlət ekspertizasi və dağ-mədən agentliyində müdafiəsi as-built layihələrin hazırlanması. 
  • Layihə üzrə verilmiş avadanlıq və materialların təminatı
  • Təsdiq olunmuş sistem üzrə quraşdırma və təmir işləri
  • Quraşdırılmış sistemlər üzrə istismar aktının alınması
  • Mövcud sistemlər üzrə dövri olaraq hidravliki, qeyri dağıdıcı, vibrasiya, ultrasəs və.s üsüllarla sınaqların aparılması.