Bina və müxtəlif tikililərin inşası “MEBA” MMC tərəfindən uğurlu şəkildə həyata keçirilən əsas fəaliyyət növüdür. Paytaxtda mənzillərin və müxtəlif obyektlərin tikintisi üzrə ixtisaslaşan şirkət, eyni zamanda dizayn xidmətləri göstərir və baş podratçının funksiyalarını yerinə yetirir.
Tam müasir, keyfiyyətli idarəetmə sistemi bütün inşaat işlərinin ən yüksək səviyyədə həyata keçirilməsini təmin edir. Bu sistem sayəsində, şirkətimiz tərəfindən inşa, təmir və ya rekonstruksiya olunan bina və digər tikililərin yüksək keyfiyyətinə tam əminliklə zəmanət veririk.
Bina və digər tikililərin inşası, tikinti-quraşdırma işləri zamanı müvafiq sənədləşdirmə prosesi (iş kitabları, aktlar, icra sxemləri, avadanlıqlar üçün sertifikatlar və pasportların hazırlanması) şirkətimiz tərəfindən həyata keçirilir.
Şirkətimiz tərəfindən görülən bütün işlərlə (tikinti-quraşdırma işləri, daxili və xarici mühəndis sistemlərinin quraşdırılması, tamamlama işləri) bağlı zəmanət öhdəlikləri təmin olunur. İş prosesində müvafiq keyfiyyət sertifikatları ilə təsdiqlənən müasir avadanlıqlardan istifadə edilir.
Torpaq işləri
- Ankerlərin torpağa bərkidilməsi və binaların “torpaqda divar” üsulu ilə tikilməsi
- Enmə quyularının və kessonların qurulması
- Qazma-partlayış işləri və qaya torpaqlarının çıxarılması
- Svay işləri
Konstruksiya işləri
- Beton və dəmir-beton konstruksiyaların quraşdırılması
- Metal konstruksiyaların quraşdırılması
- Ağac konstruksiyaların quraşdırılması
Mühəndis kommunikasiya sistemləri
- İstilik təchizatı sistemləri
- Soyuqluq təchizatı sistemləri
- Buxar, isti su, qızğın su, tullantılarla işləyə bilən və.s qazanxana sistemləri
- Nasosxana sistemləri
- Ventilyasiya və kondisionerləşdirmə sistemləri-HVAC
- Su təchizatı və kanalizasiya sistemləri
Yol-nəqliyyat tikintisi
- Avtomobil yolları
- Aerodromların uçuş-enmə zolaqları
- Elektrik sərnişin nəqliyyatı (tramvay, trolleybus və hava-kanat xətləri) yolları
- Nəqliyyat tunelləri və metropolitenlər tikintisi
- Dəmiryol xətləri
- Körpülərin, estakadaların və yol ötürücülərinin tikintisi
Elektrik quraşdırma işləri
- Elektrik ötürücü xətləri
- Elektrik təchizatı sistemləri
- Yüksəkgərginlikli elektrik enerjisinin ötürücü xətləri və qurğuları
- Rabitə, radio və televiziya sistemləri
- Radiorabitə, radio və televiziya qurğuları və qüllələr
Tutumların quraşdırılması və təmiri işləri
- Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların (isti su, buxar, qızğın su və.s), tutumların quraşdırılması və təmiri)
Hidro texniki qruğuların tikintisi
- Sualtı-texniki işlər
- Dambaların (torpaq bəndlərin) tikintisi Limanların tikintisi
- Pirslərin tikintisi Sahilbərkitmə işləri Su anbarları
- Rezervuarlar və qazholderlər (qaz anbarları)
Dizayn işləri
- İnteryer işləri
- Eksteryer (fasad) işləri
- Həyətyanı sahələrin dizaynı
Liftlərin quraşdırılması və təmiri işləri
- Yük liftlərinin quraşdırılması və təmiri
- Sərnişin liftlərinin quraşdırılması və təmiri
- Tikinti obyektlərində müvəqqəti liftlərin quraşdırılması
İzolyasiya işləri
- İstilik işləri
- Hidro izolyasiya işləri
- Səs izolyasiya işləri