Qazlı Yanğınsondürmə Sistemi

Qaz söndürmə sistemləri dedikdə Avtomatik yanğın söndürmə sistemləri içərisində yer alan FM200, Karbondioksid CO2 qazlı söndürmə sistemo ağıla gəlir.

Maye şəklində mühafizə olunan FM 200 qazlı söndürmə sistemləri Rrəngsiz və qoxusuz olurlar. 25 bar təzyiq altında balonlara doldurulub saxlanılır. Geniş yayılma səbəbi tətbiq edildiyi sahəyə və insan sağlamlığına hər hansı bir zərər verməməsidir. İçərisində maye halda olan qaz püskürtmə yolu ilə yanıcı sahəyə tətbiq olunur və FM200 qazı buzlaqlar şəklində yanıcı səthi örtərək bir təbəqə yaradır. Halon qazına bənzər bir quruluşda olan FM 200 qazı Halon qazı kimi kimyəvi deyil, fiziki bir yanğın söndürmə sistemidir.

Karbondioksid qazı, xidmət göstərdiyi həcmdə olan oksigen müvazinətini sürətli bir şəkildə azaldır     bunun     nəticəsində də boşalan karbon qazının yaratdığı şok təsiri ilə birlikdə müvafiq sahədəki temperaturu azaltmağa müvəffəq olur.

Çox təsirli bir söndürmə gücünə malik olan karbondioksid qazlı söndürmə sistemləri insan sağlamlığına zərərli olduğu üçün, insansız şəraitlərdə istifadə uyğun hesab olunur.

Göstəriləcək xidmətlər:

  • Obyektin təyinatına uyğun sistemin seçilməsi və layihələndirilməsi.
  • Layihələndirilmiş obyektlərin dövlət ekspertizasında müdafiyəsi və təsdiqinin alınması, as-built layihələrin hazırlanması
  • Layihə üzrə verilmiş avadanlıq və materialların təminatı
  • Yanğınsöndürmə sisteminin quraşdırılması və təmiri